BMT tribunasına hörmətsizlik: Serj Sarkisyan yalanları ilə dünyanı aldadır – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

BMT tribunasına hörmətsizlik: Serj Sarkisyan yalanları ilə dünyanı aldadır – Newtimes.az

15:33 - 10 / 10 / 2017
BMT tribunasına hörmətsizlik: Serj Sarkisyan yalanları ilə dünyanı aldadır – Newtimes.az

Mötəbər beynəlxalq təşkilat olan BMT-nin yüksək tribunasına çıxan hər bir kəs fikirlərində diqqətli olmalı, onların məsuliyyətini anlamalıdır. Bu təşkilatın tarixində onun tribunasından dahi şəxsiyyətlər çıxış edib, dünyanın ağrılı problemləri barədə həqiqətləri söyləyiblər.

Təəssüf ki, bir sıra hallarda BMT-yə heç yaraşmayan, onun səviyyəsində çıxış edə bilməyən "siyasətçilər" də həmin tribunadan danışa bilirlər. Ermənistana rəhbərlik edən Serj Sarkisyan bunun son nümunəsidir. Erməni lider orada Azərbaycan və Türkiyə əleyhinə tam əsassız, iftira və hədyan xarakterli fikirlər ifadə edib. O, sözün həqiqi mənasında dünyanı aldatmağa çalışıb. Sarkisyanın çıxışının məntiqi analizi onun yaramaz, şərəfsiz, ləyaqətsiz, şəxsiyyətini itirmiş bir nadanın xəstə təxəyyülündən doğan, böhtan, iftira və şər dolu bir cəfəngiyat olduğunu göstərir. Lakin, nədənsə, BMT kimi nüfuzlu təşkilat belə adamları da dinləməyə imkan verir. Bu səbəbdən S.Sarkisyanın ifadə etdiyi fikirlərin əsassızlığını oxuculara izah etməyi lazım bildik.

Siyasətdə mənəvi meyar: Sarkisyan bütün sərhədləri aşır

Azərbaycan xalqı həmişə regionda qonşularına böyük tolerantlığı ilə fərqlənib. Tarixə nəzər salsaq, bunun saysız-hesabsız nümunələrinin şahidi ola bilərik. O cümlədən ermənilərə Azərbaycanda bütün mümkün hörmətlər olub, onların hüquqları tam qorunub. Bunu Bakıda yaşamış istənilən erməninin öz dilindən eşitmək olar. Onlar indi də Bakının xiffətini çəkir, onun həsrəti ilə yaşayırlar. Lakin Ermənistanda siyasətçilər və şovinist vandallar başqa şeyə vay-şivən qurmaqda davam edirlər. Onlar vicdanını və tərbiyəsini itirmiş, qatil, özlərinin törətdiyi qətliamları başqalarının boynuna yıxmağa çalışan mənəviyyatsız insanlardır.

Serj Sarkisyan bunu BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında etdiyi çıxışında işlətdiyi hər cümlədə sübut etdi. O göstərdi ki, siyasətçi kimi nə məntiqi, nə vicdanı, nə də obyektivliyi var. Üstəlik, BMT kimi mötəbər bir beynəlxalq təşkilatın üzvlərinə yalan danışdığına görə daşıyacağı məsuliyyəti anlamayacaq dərəcədə hüquqi cəhətdən "keydir". Belə bir insanın hətta Ermənistan kimi qondarma bir dövlətə belə necə başçı "seçildiyini" sağlam məntiqlə anlamaq çətindir.

S.Sarkisyanın çıxışında nifrət və məhdud etnik maraqlara aludəçilikdən başqa heç bir məqam yoxdur. Elmdə belə bir metod var: hər hansı mətndə bir sözün neçə dəfə təkrarlanmasına uyğun olaraq mətnin məzmun və strukturunu da müəyyənləşdirmək olur. Sarkisyanın çıxışında "Ermənistan", "erməniçilik", "soyqırımı", "müharibə", "Arsax" tez-tez işlənən kəlmələrdir. Bu sözlər iki kontekstdə işlənib. Birincisi, Azərbaycan guya ermənilərə qarşı zor işlədib. İkincisi, Türkiyə "soyqırımı" törədibmiş, ancaq indi Ermənistanla əlaqə qurmaq istəmir. Bu şərtlərin çərçivəsində Azərbaycan və Türkiyə "orta əsr dəyərləri"ni daşıyan ölkələrdir. Bu səbəbdən də, "ay aman", BMT tədbir görməlidir. Üstəlik, sən demə, S.Sarkisyan bir neçə dəfə BMT tribunasından bu barədə "dünyanı xəbərdar edibmiş" (bax: Речь Президента Сержа Саргсяна на 72-ой сессии Генеральной Ассамблеи ООН / "president.am", 20 sentyabr 2017).

BMT kimi mötəbər bir təşkilat üçün uyğun olmayan məqamlardan biri təcavüzkar dövlətin başçısı olaraq S.Sarkisyanın başqasını hərbi təcavüzdə ittiham etməsindən ibarətdir. Çünki məhz BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini təsdiqləyən və dərhal zəbt olunan torpaqlardan erməni silahlı quldur dəstələrinin çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib! Həmin sənədlərdə açıq-aydın yazılıb: Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərindən dərhal çəkilməlidir.

Bu faktı BMT-nin bütün üzvləri bilirlər. Bəs onda hansı əsasla S.Sarkisyanın məsələni tamamilə tərsinə təqdim etməsinə – Azərbaycanı zorakı göstərməsinə göz yumurlar? Orada Azərbaycan və Türkiyə nümayəndələrindən başqa vicdanı olan bir insan yoxdurmu ki, "BMT-nin qəbul etdiyi sənədlərə görə təcavüzkar, zorakı, işğalçı, insan haqlarını kobudcasına pozan ölkə Ermənistandır", desin?! Bununla həm S.Sarkisyanın BMT-nin özünə qarşı hörmətsiz davranmasına cavab verilmiş, həm də həqiqət dünya ictimaiyyətinə bir daha çatdırılmış olardı. Lakin hamısı ağzına su alıb oturur. Özünü Azərbaycana dost və hətta qardaş kimi göstərən İran və Rusiya nümayəndələri də dillənmirlər. Özlərini demokratiya, insan haqları və azadlığın beşiyi sayan ABŞ və Avropanın səsi batıb. Türkiyədə FETÖ-çüləri qoruyan Almaniya lal olub. Hanı sizlərin ədalətiniz, obyektivliyiniz, demokratikliyiniz? BMT-nin ortada olan 4 qətnaməsini belə S.Sarkisyan kimi dələduzlara və canilərə xatırlatmaq istəmirsiniz! Sizlər bununla dünyaya demokratiya yaymaq fikrindəsiniz? Heç vaxt alına bilməz!

Gürcüstan səsini çıxarmır. Ukrayna etirazını bildirmir. Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan heç olmasa, sual vermirlər! Türkiyədən başqa meydanda olan yoxdur. Acı da olsa, reallıqdır.

Ədalətsizlik: yalançının cavabı verilməyəndə

Bu oyun nə vaxta qədər davam edəcək? Məsələ ondan ibarətdir ki, Ermənistan rəhbərliyi hər dəfə yalan, böhtan və şər danışır, ona cavab verilmədikcə daha çox yalana əl atır. Bilir ki, nə desə, havadarları qəsdən dillənməyəcək, bir qisim dövlət işə qarışmaq istəməyəcək, bəziləri isə qorxudan səsini çıxarmayacaq. Lakin bu cür münasibət bütün dünyada yalan və böhtanın ayaq açmasına, ədalətsizliyin geniş yayılmasına aparıb çıxarır ki, bu da bəşəriyyət üçün ciddi təhlükədir.

Bu fikirlərin işığında Serj Sarkisyanın BMT-dəki çıxışının bir sıra məqamlarına nəzər saldıqda, yaranmış vəziyyətin faciəviliyini daha aydın duya bilərik. Ermənistana rəhbərlik edən adam deyir: "Azərbaycan özünün nəzarəti altında qalan ermənilərin böyük mədəni irsini ardıcıl olaraq məhv etməkdədir" (bax: əvvəlki mənbəyə). Sual olunur: Azərbaycan harada və konkret hansı erməni mədəniyyət nümunələrini məhv edib? Bir misal belə göstərə bilmir sarkisyanlar.

Lakin Azərbaycan tərəfi konkret faktlarla göstərir ki, erməni vandalları Şuşada, Xocalıda, Göyçədə, İrəvanda, Zəngəzurda, Zəngibasarda, Dərələyəzdə və başqa yerlərdə Azərbaycan mədəniyyət irsini vəhşiliklə məhv ediblər. Məsələn, Aşıq Ələsgərin qəbri təhqir olunub və dağıdılıb, Aşıq Alıdan əsər-əlamət qalmayıb, Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri güllələnib və təhqir olunub, azərbaycanlıların qəbiristanlıqları, eləcə də Şuşa, Ağdam məscidləri dağıdılaraq təhqir olunub və uyğun olmayan təyinatla istifadə edilir.

Bundan başqa, Azərbaycan tərəfi Gürcüstandakı erməni kilsəsini təmənnasız şəkildə qazla təmin edir. Azərbaycan Avropanın bir sıra ölkələrində xristian mədəniyyət abidələrini bərpa edib və bu işi davam etdirməkdədir. Bəs Ermənistan dünyada (hələ Azərbaycanı demirik) hansı müsəlman mədəniyyət abidəsi ilə bağlı xeyirli iş görüb? Ermənistan hansı müsəlman xalqının mədəni irsinin qorunması üçün addım atıb? Heç bir nümunə yoxdur. Əvəzində daim ittiham, günahlandırma, göz yaşları, ağlama, sızlama və s.

S.Sarkisyan sözlərinə davam edərək daha böyük yalana imza atır. O deyir: "2016-cı ildə Azərbaycan silahlı qüvvələri mülki şəxslərə və hərbçilərə qarşı hərbi cinayətlər törədib. Burada onu qeyd etməyə bilmirəm ki, hətta bu vəhşiliyi edənlərdən birinə Azərbaycan prezidenti şəxsən yüksək dövlət mükafatı verib" (bax: əvvəlki mənbəyə). Doğrudan da, S.Sarkisyan əslində özünə gülür və başqalarının da ona gülməsinə imkan yaradır. Azərbaycan Ordusu hər zaman öz torpaqlarında düşmənə qarşı hərbi əməliyyat keçirib. Aprel döyüşləri də onlardan biri kimi erməni təxribatına cavab addımı olmuşdur. Azərbaycan Ordusu işğalçı ilə necə davranmalıdır? Əgər o, sözlə işğal etdiyi ərazidən çıxmırsa, onda silahla çıxarılacaq. BMT Nizamnaməsinə görə, bu, Azərbaycanın təbii haqqıdır.

Bundan əlavə, həmin hadisələrdə dinc əhaliyə qarşı qətliam törədən məhz erməni ordusu oldu. Bizim kəndləri toplardan atəşə tutdu, nəticədə, mülki əhali arasında itki oldu. Sonra da Alxanlı kəndinə atılan mərmi ilə kiçik qız uşağı qətlə yetirildi. Bütün bunları gizlətmək mümkün deyil. Ola bilsin ki, S.Sarkisyan haradasa ikiüzlülük edər, yalan danışar, lakin tarix əlini onun yaxasından çəkməyəcək və etdiyi bütün cinayətlərə, atdığı şər-böhtanlara görə gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcək.

Nəhayət, S.Sarkisyanın çıxışındakı böyük yalanlardan bir misal da gətirə bilərik. O, Azərbaycanı ermənifobiyada günahlandırmağa çalışır, onu dövlət siyasətinin tərkib hissəsi adlandırır (bax: əvvəlki mənbəyə). Bu məqamı ortaya atmaqla S.Sarkisyan Ermənistanda real mövcud olan islamofobiyanı ört-basdır etmək istəyir, üstəlik, Azərbaycanın illərdir dövlət səviyyəsində apardığı multikulturalizm, tolerantlıq, dini dözümlülük siyasətinə kölgə salmağa cəhd göstərir. Halbuki Azərbaycana heç olmasa bir dəfə səfər edib, dinlər, mədəniyyətlər, sivilizasiyalararası dialoqa həsr olunmuş tədbirlərdə iştirak edən hər kəs Serj Sarkisyana gülür, onun xəyal aləmində olduğuna, içindəki nifrətin varlığını tamamilə insanlıqdan çıxardığına şübhə etmir.

Azərbaycanda yaşayan xristianlar, yəhudilər, elə ermənilərin özləri (Ermənistanda nə qədər azərbaycanlı var? Heç nə qədər! Budur, demokratik Ermənistan?) dəfələrlə bəyan ediblər ki, bu ölkə onlar üçün bütün şəraiti yaradıb, onların mədəni abidələri qorunur, kilsələr, sinaqoqlar işləyir və heç bir maneə ilə qarşılaşmırlar.

Serj Sarkisyanın çıxışında söylədiyi fikirlərlə özünü gülünc vəziyyətinə salan, təlxəkliyini təsdiq edən başqa məqamlara da toxuna bilərdik. Lakin, bizcə, onun kimi "siyasətçilərin" əsl kimliyini zaman və ədalət mühakiməsi dünyaya bir daha nümayiş etdirəcək. O gün uzaqda deyil!

Newtimes.az

Paylaş:
592

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər