Azərbaycanın postneft dövrü tarixində Zirvə ili | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın postneft dövrü tarixində Zirvə ili

17:01 - 10 / 10 / 2017
Azərbaycanın postneft dövrü tarixində Zirvə ili

Cari ilin doqquz ayı ərzində Azərbaycanın qeyri-neft sektorunda müsbət nəticələr əldə olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edilib ki, 9 ay ərzində qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz artıb. Qeyri-neft iqtisadiyyatında müşahidə edilən artım son illərdə aparılmış məqsədyönlü siyasətin, uğurlu islahatların, iqtisadiyatın şaxələndirilməsinin  göstəricisidir.

Qeyri-neft iqtisadiyyatının əsas sahələrindən biri olan kənd təsərrüfatında isə 2,8 faiz artım olub. Azərbaycanın xarici ticarət dövriyyəsi 7 faiz artıb, ixrac idxalı böyük fərqlə üstələyir. Xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. İlin sonuna qədər bu rəqəm daha da artacaq.

Doqquz ayda Bakıda və bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. Belə ki, 226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimidir.  Sosial infrastrukturla bağlı da siyasət uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb, 27  tibb ocağı tikilib və təmir edilib. İnfrastruktur layihələrinin uğurlu icrası ümumi iqtisadi inkişafa, regionların inkişafına təkan verir.

Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq,  Azərbaycanın valyuta ehtiyatları da artıb. Dünya bazarlarında neftin qiyməti aşağı səviyyədə olsa da, Azərbaycanın valyuta ehtiyatları 4.5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Qənaətlə istifadə, düzgün investisiya proqramı valyuta ehtiyatlarını artırmağa imkan yaradır.

Azərbaycan özünü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilib, müstəqil siyasət aparan ölkə kimi tanınır. Bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi,  iqtisadi müstəqillik amilləri xüsusi yer tutur.  Ölkəmizin mövqeyi beynəlxalq arenada da möhkəmlənib. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır.

Dövlət başçısı iclasda vurğulayıb ki, 2017-ci il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq.  Prezident İlham Əliyev bildirib ki, 140 ölkə arasında rəqəbətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur. Dövlət başçısı diqqətə çatdırıb ki, bu ilin doqquz ayında da ölkədə iqtisadi islahatlarla bağlı ciddi addımlar atılıb, sahibkarlara hərtərəfli şərait yaradılıb, Strateji Yol xəritələrinin inkişafı təmin edilib, investisiya təşviqi mexanizmi işə düşüb. İndiyədək 200-dən artıq investisiya təşviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Bununla yanaşı, ölkədə ixracın təşviqi mexanizmi işə düşüb”.

İclasda həmçinin, yeni vəzifələr müəyyən edildi, qeyri-neft sektorunda inkişafın surətləndirilməsi, sosial islahatların gücləndirilməsi üçün tapşırıqlar verildi.

İclasda səsləndirilən fikirləri şərh edən millət vəkili Musa Quliyev bildirib ki,  2017-ci il Azərbaycanın postneft dövrü tarixində bir zirvə ili, ən böyük uğurların əldə olunduğu tarixi bir ildir. Məhz bu il ərzində qarşıya qoyulan bütün məqsədlərə demək olar ki, nail olmuşuq.

O deyib ki, birincisi, ötən ilin sonlarında strateji yol xəritələri təsdiq olundu ki, onların hamısı demək olar uğurla həyata keçirilir: “Cənab prezident iclasda vurğuladı ki, onların bəziləri daha uğurlara həyata keçirilir, bəzilərində müəyyən gecikmələr var, amma əsas odur ki, strateji yol xəritələri uğurla işləyir. İqtisadiyyatımızın qeyri-neft sektou çox surətlə inkişaf edir və genişlənir. Bu il artıq qeyri-neft sektorunda 2,5 faizlik artım əldə olunub və ilin sonuna kimi yəqin ki, bu rəqəm daha da artacaqdır.

Bizim valyuta ehtiyatlarımız 42 milyard dollara çatıb, qeyri neft sektorundan 4.5 milyard dollar gəlir əldə etmişik. Eyni zamanda dövlət başçısı qeyri-neft sektorunun xüsusi sahələrini vurğuladı və əsas diqqəti kənd təsərrüfatındakı inkişafa yönəltdi. Birinci növbədə kənd təsərrüfatına qoyulan vəsaitlər, sərmayə və layihələr artq öz müsbət nəticələrini verməkdədir. Sahibkarlığa Kömək Milli Fondu, yaxud da “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aqrar sektoda çalışan insanlara güzəştli şərtlərlə kreditlərin, texnikanın veriməsi, kənd təsərrüfatı sahəsinin bütün vergilərdən azad edilməsi real nəticələrin əldə olunmasına imkan verib”.

Millət vəkili vurğulayıb ki, bu il həm kənd təsərrüfatında məhsulların ixracı artıb və bu ixracından gələn gəlir valyuta ehtiyatımızı artırıb:

“Eyni zamanda emal sənayemiz də artıb. Artıq Azərbaycan brendi adı altında müxtəlif məhsullar dünya bazarlarına çıxarılmaqdadır. Dövlət başçısı xüsusən, kənd təsərrüfatında yeni və ənənəvi sahələrin nəticə verdiyini söylədi. Məsələn, pambıqçılıq, baramaçılıq, bağçılıq, təvəzçiliklə bağlı bizim nəticələrimiz var. Bundan başqa, dövlət başçısı bu il ərzində artıq turizmin gəlirli bir sahəyə çevrildiyini söylədi. Loqistik mərkəzlərin yaradılması, kommunikasiya sisteminin inkişafı, dəmiryol xətti ilə xüsusən nəqliyyat sektorunda daşınmaların artması, bunların hamısı qeyri- neft sektorunda Azərbaycana gəlir gətirən sahələrdir və artıq uğurla fəaliyyət göstərirlər. Həmçinin, sosial təminat və sosial müdafiə ilə bağlı dövlət başçısı öz fikirlərini söylədi. Qaçqın və məcburi köçkünlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması, 250 mindən çox iş yerinin açılması əhalinin sosial müdafiəsini gücləndirən faktorlardan biridir. Xüsusi olaraq Cocuq Mərcanlı kəndinin bərpası vurğulandı. Bu, tarixi bir uğurdur. Bizim öz əhalimizə, xüsusən qaçqın və məcburi köçkün bacı -qardaşlarımıza bir ümid verən layihədir ki, artıq işğaldakı bir kəndimiz azad edildi və orada məskunlaşma prosesi başlayır. Həm də dünyaya, erməni qəsbkararına bir mesaj idi ki, biz heç vaxt torpqlarımızın işğal altında qalacağı ilə barışmayacağıq. Prezident düşmənlərimizə o mesajını da göndərdi ki, status kvonun davam etməsinə Azərbaycan dözməyəcək və digər imkanlarından da istifadə edib torpaqlarını işğaldan azad edəcək. Öz ərazisində ikinci bir erməni dövlətinin yaranmasına imkan verməyəcək”.

Millət vəkili dövlət başçısının gələn il qaşıya qoyulan vəzifələri də müəyyənləşdirdiyini vurğulayıb: “Yenə də qeyri- neft sektorunu inkişaf tendensiyası davam edəcək, sosial müdafiə tədbirləri güclənəcək, yeni iş yerəri açılacaq, əmək haqları, pensiya və müavinətlər artırılacaq. Ümumiyyətlə, əhlinin sosial müdafiəsinin gücləndirilməsi və ölkəmizin güclü, qüdrətli bir dövlətə çevrilməsi istiqamətində layihələrin də diqqətdə oldiuğunu dövlət başçısı vurğuladı. Məlumdur ki, Azərbaycanın beynəlxalq reytinq agentlkləri tərəfindən mövqeyi daha da yüksəlib. Bütün bunlar şübhəsiz ki, cənab Prezidentin müəyyən etdiyi balanslaşdırılmış, uzaqgörən və şaxələndirilmiş iqtisadi siyasətinin nəticəsidir”.

M.Quliyev deyib ki, ildən ilə Azərbaycanın nəticləri yaxşılaşır: “İndi əsas məqsədlərdən biri Azərbaycan məhsullarının xarici ölkəlkərin bazarlarına daha geniş çıxarılmasıdır. Çünki bazarlar olmasa, məhsul yetişdirməyin də elə böyük əhəmiyyəti yoxdur. Bazarın tapılması ilə bağlı da dövlət başçısının müvafiq qurumlara göstərişi olub.  Xüsusilə də İqtisadiyyat Nazirliynə. Dünyanın müxtəlif ölkələrində Azərbaycan ticarət evlərinin yaradılmasına başlanılıb və məhsullarımızın dünya bazarlarına çıxması üçün lazımi tədbirlər görülür. Şübhəsiz ki, müasir elmi innovasiyaların qeyri neft sektoruna tətbiq olunması, nanotexnologiyalardan istifadə həm məhsuldarlığı yüksəldəcək, həm də Azərbycanın qeyri-neft sektorundakı bütün potensialının üzə çıxarımasına imkan verəcək. Son nəticədə isə həm əhalinin məşğulluğu təmin olunacaq, həm də sosial güzəranı yaxşılaşacaq.

P.Sultanova

Paylaş:
984

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər