AZƏRTAC-ın Baş direktoru “Kazinform”a müsahibə verib | 1news.az | Xəbərlər
Cəmiyyət

AZƏRTAC-ın Baş direktoru “Kazinform”a müsahibə verib

17:41 - 10 / 10 / 2017
AZƏRTAC-ın Baş direktoru “Kazinform”a müsahibə verib

Azərbaycan ilə Qazaxıstanın əməkdaşlığı son vaxtlar daha dinamik xarakter alıb və bu, iki ölkənin informasiya agentlikləri arasında əlaqələrin genişlənməsinə də müsbət təsir göstərir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Qazaxıstan Beynəlxalq İnformasiya Agentliyinə (“Kazinform”) müsahibəsində AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov deyib.

Müsahibədə AZƏRTAC-ın xarici informasiya agentlikləri ilə həm ikitərəfli qaydada, həm də beynəlxalq alyanslar çərçivəsində uğurlu əməkdaşlıq əlaqələri qurduğu, indiyədək 45 ölkənin milli informasiya agentlikləri ilə müqavilələr imzaladığı vurğulanıb.

 “Kazinform”un müxbirinin suallarını cavablandıran Baş direktor ötən ilin noyabrında Bakıda eyni vaxtda iki böyük tədbirin - Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının keçirildiyini, AZƏRTAC-ın hazırda hər iki quruma sədrlik etdiyini diqqətə çatdırıb.

Aslan Aslanov AZƏRTAC-ın fəaliyyətindən, həmçinin “Kazinform”la əməkdaşlığının, qarşılıqlı informasiya mübadiləsinin əhəmiyyətindən söhbət açıb, agentliyin yeni layihələri barədə məlumat verib və müxbirin digər suallarını cavablandırıb.

S.Xankişiyeva

Paylaş:
433

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər