Ramin Quluzadə Göyçayda vətəndaşlarla görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramin Quluzadə Göyçayda vətəndaşlarla görüşəcək

17:46 - 10 / 10 / 2017
Ramin Quluzadə Göyçayda vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə oktyabrın 13-də Göyçay şəhərində vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, saat 12:30-da başlayacaq qəbulda Göyçay, Kürdəmir, Ucar, Ağdaş rayonlarının və Mingəçevir şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlər dinləniləcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:

Göyçay rayonunda          02027 42366

Mingəçevir şəhərində      02427 52999

Kürdəmir rayonunda       02025 51599

Ucar rayonunda               02021 33777

Ağdaş rayonunda            02023 55199

Babək Cahandarov

Paylaş:
610

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər