Elmar Məmmədyarov: Aİ ilə yeni saziş əlaqələrin hərtərəfli inkişafı üçün mühüm çərçivə yaradır | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: Aİ ilə yeni saziş əlaqələrin hərtərəfli inkişafı üçün mühüm çərçivə yaradır

10:54 - 10 / 10 / 2017
Elmar Məmmədyarov: Aİ ilə yeni saziş əlaqələrin hərtərəfli inkişafı üçün mühüm çərçivə yaradır

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı Baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru Jan-Kristof Belliardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, strateji tərəfdaşlığa dair Saziş layihəsi üzrə danışıqların gedişi ətrafında fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov yeni sazişin siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələri əhatə etdiyini, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin hərtərəfli inkişafı üçün mühüm çərçivə yaratdığını qeyd edib. Tərəflər Aİ və Azərbaycan arasında açıq səma sazişi üzrə danışıqların da uğurla davam etdiyini bildiriblər.

Jan-Kristof Belliard Azərbaycanda mövcud olan stabilliyi və iqtisadi sahədə aparılan islahatları, o cümlədən ASAN xidmətin fəaliyyətini təqdir edib.

Görüşdə həmçinin, Aİ Siyasi və Təhlükəsizlik Komitəsinin və Komitə yanında akkreditasiya olunan Aİ üzv ölkələrinin səfirlərinin Azərbaycana səfəri, sözügedən nümayəndə heyətinin Azərbaycan dövlət başçısı tərəfindən qəbulu və aparılmış səmimi və geniş müzakirələrə toxunulub, bu səfərin Aİ və Azərbaycan arasında dialoqun inkişafına mühüm töhfə verdiyi bildirilib.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verərək, münaqişənin tezliklə həlli və qəbuledilməz olan status kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Görüşdə beynəlxalq gündəlikdə duran aktual məsələlər, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə qarşıdan gələn Zirvə toplantısı barəsində fikir mübadiləsi aparılıb.

S.Xankişiyeva

Paylaş:
403

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər