XİN: Rusiya İran və Səudiyyə Ərəbistanı arasında vasitəçi olmağa hazırdır | 1news.az | Xəbərlər
Siyasət

XİN: Rusiya İran və Səudiyyə Ərəbistanı arasında vasitəçi olmağa hazırdır

15:22 - 11 / 10 / 2017
XİN: Rusiya İran və Səudiyyə Ərəbistanı arasında vasitəçi olmağa hazırdır

Rusiya Səudiyyə Ərəbistanı ilə İran arasında danışıqlarda vasitəçilik etməyə hazırdır.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın xaici işlər nazirinin müavini, prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov deyib. O bildirib ki, Moskva danışıqlarda platforma rolunu oynaya bilər:

“Biz bir neçə dəfə vasitəçilik təklifini etmişik. Biz hər zaman öz tərəfdaşlarımız olan Səudiyyə Ərəbistanı və İrana demişik ki, danışıqlar üçün platforma rolunu oynamağa, vasitəçilik etməyə hazırıq. Bu təklif indi də masa üzərində qalmaqdadır”.

P.Sultanova

 

Paylaş:
474

Son xəbərlər

Bütün xəbərlər