Tələbələrə qədim Misir tarixi və mədəniyyəti barədə məlumat verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tələbələrə qədim Misir tarixi və mədəniyyəti barədə məlumat verilib

18:58 - 11 / 10 / 2017
Tələbələrə qədim Misir tarixi və mədəniyyəti barədə məlumat verilib

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Xəzər Universitetinin Təhsil  fakültəsi tarix müəllimliyi fakültəsinin tələbələrinə qədim Misir tarixi və mədəniyyəti ilə bağlı dərs keçirilib.

 1news.az-a Misir  Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzindən verilən məlumata görə, dərs Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin və Mərkəzinin təşəbbüsü ilə baş tutub.

 İştirakçıları salamlayan Misir Mədəniyyət Mərkəzi və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi rəhbərlik etdiyi qurumun yaranma tarixin və fəaliyyəti, Misir və Azərbaycan arasında mədəni əlaqələr barədə, eləcə də Xəzər Universiteti ilə əməkdaşlıq barədə geniş məlumat verib.

O bildirib ki, Misir və Azərbaycan arasında dostluq əlaqələri uzun illər mövcud olub. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əsas istiqamətlərindən biri də iki ölkə arasında olan əlaqələri daha da genişləndirmək, təhsil sahəsində əməkdaşlığı artırmaq,  tələbə və müəllim mübadiləsini, beynəlxalq elmi konfransların, treninqlərin təşkilinin  həyata keçirilməsindən ibarətdir: “Tələbələrin qədim Misir sivilizasiyasına olan marağını nəzərə alaraq universitet rəhbərliyinin təşəbbüsü ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində bu tədbirin keçirilməsini yüksək qiymətləndirəm”.

Daha sonra Mərkəzin rəhbəri tərəfindən tələbələrə Qədim Misir sivilizasiyası haqqında mühazirə oxunaraq, Misirin tarixi və mədəniyyətini əks olunduğu slayd və film nümayiş olundu.

 Ardınca  Xəzər Universitetinin Arxeologiya və tarix departamentinin rəhbəri Roza Axundova və “Azərbaycan arxeologiyası” jurnalının redaktoru  Qüdrət İsmayılzadə Qədim Misir tarixi və tədqiqatlar haqqında tələbələrə məlumat verdilər.

Tədbirin keçirilməsi tarix ixtisası üzrə təhsil alan tələbələrin əyani olaraq Qədim Şərq fənn ilə bağlı biliklərə yiyələnməsinə və dünyagörüşlərinin artmasına dəstək məqsədi daşıyırdı.

P.Sultanova

Paylaş:
1368

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər