Mübariz Əhmədoğlu: İrana avtomobil yolunun pulunu yeyən Yerevan indi dəmir yolu üçün pul axtarır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: İrana avtomobil yolunun pulunu yeyən Yerevan indi dəmir yolu üçün pul axtarır

10:40 - 11 / 10 / 2017
Mübariz Əhmədoğlu: İrana avtomobil yolunun pulunu yeyən Yerevan indi dəmir yolu üçün pul axtarır

Ermənistanın davranışında qəribəliklər hədsiz çoxdur. Qərb dünyası hədsiz subyektiv parametrləri, o cümlədən dini faktoru nəzərə alaraq Ermənistanın davranışına kifayət qədər diqqət ayırmır. Ermənistanda ciddi sivil pozuntulara göz yumur.

1news.az xəbər verir ki, bunu  Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) rəhbəri, politoloq mübariz Əhmədoğlu deyib. Qeyd edib ki, İranla əlaqələr Ermənistan üçün həyati məsələdir. Rəsmi Yerevan üç dəfə İranı özünün xilaskarı adlandırıb. Ermənistan İranla münasibətlərinin  həmişə xüsusi təbliğatını aparıb.

Politoloqun fikrincə, “Şimal-Cənub” avtomobil yolunun tikintisinin cari vəziyyəti barədə Ermənistan rəsmilərinin yaydığı məlumatlardan bəlli olur ki, İrana avtomobil yolunun tikintisi üçün nəzərdə tutulmuş pul yeyilib:

“Pul yeyildiyi üçün yolun tikintisi yubanıb. Yolun tikintisinin yubanması dünya bazarında gedən maliyyə böhranı ilə eyni müddətə düşdüyü üçün “Şimal-Cənub” avtomobil yolunun tikintisi təxminən 2 dəfə bahalaşıb. Əgər bu layihə reallaşmağa başlayarkən ümumi məbləği təxminən 1 milyard dollar (960 milyon dollar) idisə, indi yolun tikintisinin başa çatması üçün 2 milyard dollar vəsait lazımdır. Dörd hissəli yoldan birinci hissənin hazır olub-olmaması məsələsi mübahisəlidir.

“Şimal-Cənub” avtomobil yolu Ermənistanın Gürcüstanla sərhədini İranla olan sərhədi ilə birləşdirməlidir. Erməni versiyasına görə, bununla Fars körfəzi Qara dənizlə birləşməlidir. Nəticədə Ermənistan beynəlxalq tranzit ərazisinə çevrilir.

Ermənistanda korrupsiya, rüşvətxorluq qarşısında toxunulmaz sahə və ya müqəddəs heç nə yoxdur. Milli maraqlar da korrupsiyanın güdazına verilir”.

M.Əhmədoğlunun sözlərinə görə, Ermənistanın davranışındakı digər paradoks ondan ibarətdir ki, Ermənistan İran-Ermənistan dəmir yolunun tikintisi üçün investisiya axtarmaqla məşğuldur:

“Başqa sözlə, “Şimal-Cənub” avtomobil yolu tikintisinin investorlarını aldadan rəsmi Yerevan “Şimal-Cənub” dəmir yolunun tikintisi üçün investor axtarmaqla məşğuldur. Ermənistan xristian dünyasının  xoş münasibətindən sui-istifadədə əndazəni aşıb.  

1news.az

 

Paylaş:
430

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər