Təşkilat sədri: Bəzi qadınlar “həyat yoldaşları” tərəfindən cinsi istismara cəlb olunurlar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təşkilat sədri: Bəzi qadınlar “həyat yoldaşları” tərəfindən cinsi istismara cəlb olunurlar – FOTO

11:32 - 11 / 10 / 2017
Təşkilat sədri: Bəzi qadınlar “həyat yoldaşları” tərəfindən cinsi istismara cəlb olunurlar – FOTO

Xaçmaz rayonunda insan alveri ilə bağlı  maarifləndirmə tədbiri keçirilib

1news.az-ın məlumatına görə, “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi  tərəfindən təşkil olunan tədbir Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Məlumatlı ol ki, insan alveri qurbanı olmayasan” layihəsi çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan Xaçmaz rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Şıxəliyeva rayonda insan alveri ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verərək,  bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatları ilə aparılan əməkdaşlığı yüksək qiymətləndirib. Bu istiqamətdə müxtəlif qurumların birgə fəaliyyətinin vacib olduğunu bildirib.

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova  “Məlumatlı ol ki, insan alveri qurbanı olmayasan” layihəsi haqqında geniş məlumat verərək bildirib ki, insan alveri ilə bağlı  maarifləndirmə fəaliyyəti çərçivəsindən müxtəlif aksiyalar keçirilib, bukletlər, yaddaş kitabçaları hazırlanıb və eyni zamanda hüquqi yardımlar göstərilib. Təşkilat rəhbəri insan alveri haqqında geniş məlumat verərək, onun potensial qurbanları və həyata keçirilmə yolları haqqında məlumat verib.

Gülayə Səfərova  insan alverinin qurbanı olmuş şəxslərin həyat hekayələri haqqında bəzi məqamları görüş iştirakçılarına çatdırmaqla, insan alveri  ilə məşğul olan mütəşəkkil cinayətkar qrupların həyata keçirdiyi müxtəlif metodlar haqqında geniş informasiya verib. Bu prosesdə yalançı evliliklərdən istifadə olunaraq bəzi qadınların “həyat yoldaşları” tərəfindən cinsi istismara cəlb olunması ilə bağlı faktların  mövcud olduğu bildirilib.  

Ekspert qeyd edib ki, əksər hallarda insan alverinin qurbanları öz qohumları, qonşuları  və rəfiqələri tərəfində tora salınır. Çünki bu prosesdə  psixoloji məqamlar əsas rol oynayır.

Təşkilat rəhbəri ölkəmizdə cinsi istismarla yanaşı məcburi əməyə cəlb edilmə ilə bağlı faktların da olduğunu diqqətə çatdırıb.

Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşı, polis leytenantı Emin Nəhmətov rayonda bu istiqamətə görülən tədbirlərdən danışıb və qeyd edib ki, insan alverinə qarşı mübarizədə dövlət qurumları ilə yanaşı sadə vətəndaşlar da fəal rol oynamalıdırlar.

Tədbirin sonunda iştirakçılara insan alevri ilə bağlı Yaddaş kitabçaları təqdim edilib.

Babək Cahandarov

Paylaş:
574

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər