Prezident dəmir yolu nəqliyyatı işçilərini təltif edib - SİYAHI | 1news.az | Xəbərlər
Rəsmi

Prezident dəmir yolu nəqliyyatı işçilərini təltif edib - SİYAHI

17:53 - 12 / 10 / 2017
Prezident dəmir yolu nəqliyyatı işçilərini təltif edib - SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev bir qrup dəmir yolu nəqliyyatı işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Ağayev Akif Ağaşəfi oğlu

Bədəlbəyli İmran Çingiz oğlu

Əliyev Rövşən Seyfiəli oğlu

Xanəhmədov Nazim Həsən oğlu

İsmayılov Məmməd İsmayıl oğlu

İsmayılov Ramin Hacı oğlu

Kovalyova Valentina Nikolayevna

Mahmudov Ədalət Təvəkkül oğlu

Məmmədəliyev Niyar Knyaz oğlu

Məmmədov İlham Nadir oğlu

Orucov Elxan Əli oğlu

Orucov Nəcəf Ağalar oğlu

Rüstəmov Əlisafa Əli oğlu

Rzayev Rizvan İlyas oğlu

Səlimov Samir Ağabala oğlu

Şərifov Kamil Ramazan oğlu

Şükürov Saim Bəşir oğlu

Verdiyev Şükür Ələddin oğlu.

Prezident “Azərbaycanın dəmir yolu nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında” da sərəncam imzalayıb. Sərəncamla Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilib:

Əliyev Musa Ərrəhman oğlu

Kərimov Pənah Sabir oğlu

Məmmədov Hikmət Şamil oğlu

Səfərov Məzahir Əli oğlu.

Dövlət başçısı Əli Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da sərəncam imzalayıb. Sərəncamla Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə Əli Ruf oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

1news.az

 

Paylaş:
504

Son xəbərlər

Bütün xəbərlər