567 və 553 nömrəli avtobusların hərəkət istiqaməti dəyişdirilib

Hökməli - Puta yolunda (Çingiz Mustafayev küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
1news.az xəbər verir ki, bu barədə AYNA məlumat verib.
Məhdudiyyət səbəbindən 567 nömrəli müntəzəm marşrutun hərəkəti Qobu qəsəbəsinin Sona Salmanova küçəsi ilə, 553 nömrəli marşrutun hərəkəti isə "Yeni məhəllə" adlanan ərazi ilə təşkil edilib.
70












