Energetika Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Energetika Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb

1news Redaksiyası15:17 - Bu gün
Energetika Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 12 606 vətəndaş müraciəti daxil olub.

1news.az nazirliyə istinadən xəbər verir ki, müraciətlərin 1 913-ü məlumat, 10 693-ü isə icra xarakterli olub. Bunlardan 10 213-u müvafiq qaydada icra edilib, 480 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik veriliş xəttinin mühafizə zonası, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq və digər mövzuları əhatə edib.

Hesabat dövründə daxil olan müraciətlərin 8632-si Energetika Nazirliyinin "Çağrı Mərkəzi" və "Qaynar xətt"i vasitəsilə qəbul edilib. Müraciətlərin 6990-nı elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 900-ü təşəkkür xarakterli, 742-si isə digər məsələlərlə bağlı olub.

2026-cı ilin 9 ayı ərzində Nazirliyin Aparatı və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 276 vətəndaş qəbul edilib.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər