DİN həftə ərzində qeydə alınan cinayətlərin statistikasını açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN həftə ərzində qeydə alınan cinayətlərin statistikasını açıqlayıb

1news Redaksiyası17:57 - Bu gün
DİN həftə ərzində qeydə alınan cinayətlərin statistikasını açıqlayıb

Oktyabrın 15–21-də Azərbaycanda polis əməkdaşları tərəfindən cinayət törətməkdə şübhəli bilinən 264 nəfər saxlanılıb.

1news.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatlara əsasən, həmin müddətdə ölkə ərazisində qeydə alınan 274, əvvəlki dövrlərdən bağlı qalan 41 olmaqla, ümumilikdə 315 cinayətin açılması təmin olunub.

Həftə ərzində axtarışda olan 412 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 294 nəfəri borclu şəxs qismində axtarışda olub.

Bundan başqa, narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 27 fakt müəyyən edilib.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər