Bakıda azyaşlı ilə bağlı yayılan iddia üzrə taksi sürücüsü saxlanılıb

Bakıda taksi sürücüsünün azyaşlı sərnişinə qarşı qanunazidd hərəkətlər etdiyi iddia olunur.
1news.az xəbər verir ki, hadisə oktyabrın 20-də, yeniyetmə hazırlıq dərslərindən sonra evə qayıdarkən baş verib.
Yeniyetmənin bacısının sosial şəbəkədə paylaşdığı məlumata görə, qardaşı axşam saatlarında “Koroğlu” metrostansiyasının yaxınlığından Buzovna qəsəbəsindəki evlərinə getmək üçün 1 manatlıq taksi xidmətindən istifadə edib.
Onun sözlərinə görə, səfər zamanı paylaşımda Çərkəz Hüseyn oğlu kimi təqdim edilən sürücü, qaranlıq və insanların az olduğu əraziyə qız gətirərək onu zorlamanın mümkünlüyü barədə danışıb. Bu söhbət avtomobildə sürücü ilə tək olan yeniyetməni qorxudub.
Bacısının iddiasına görə, daha sonra sürücü arxa oturacağın arxasına düşən əşyanı götürmək bəhanəsi ilə qardaşından sükanı tutmasını istəyib. Ardınca isə yeniyetmənin əlindən tutaraq onu öz cinsiyyət orqanına toxundurub. Oğlan dərhal əlini geri çəkib.
Yeniyetmənin bacısı bildirib ki, qardaşı evə qayıtdıqdan sonra baş verənlər barədə ailəsinə məlumat verib. O, hadisənin ictimailəşdirilməsinə çağıraraq azyaşlıların təhlükəsizliyinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Hadisə ilə bağlı video sosial şəbəkədə yayılıb.
@amina.rz1 #fyp #azerbaijan #🇦🇿 @BAKU.WS ♬ оригинальный звук - amina
1news.az-ın əldə etdiyi məlumata görə, yetkinlik yaşına çatmayan şəxsə qarşı hüquqazidd hərəkətlər törətməkdə şübhəli bilinən taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.











