Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib - FOTO

19:40 - 12 / 10 / 2017
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev oktyabrın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

1news.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

1news.az

Paylaş:
888

Son xəbərlər

Bütün xəbərlər