Ermənistanda aşkarlanan Azərbaycan vətəndaşının vətənə qaytarılması üçün tədbirlər görülür

Ermənistan ərazisində Azərbaycan vətəndaşı aşkarlanıb.
1news.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, oktyabrın 19-da saat 17:50-də Tavuş vilayətində Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov müəyyən edilib.
Araşdırma zamanı onun yolu azdığı məlum olub.
Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bildirilib ki, Azərbaycan vətəndaşının vətənə qaytarılması üçün müvafiq tədbirlər görülür.
71











