Azərbaycanda ötən gün 30 nəfər saxlanılıb

Oktyabrın 21-də Azərbaycanda qeydə alınan 39 cinayət və əvvəlki dövrlərdən bağlı qalan 12 cinayət açılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 71-i borclu şəxs qismində axtarışda olan şəxslərdir.
Bundan başqa, narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 3 fakt müəyyən edilib.
Həmçinin cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
40











