Paşinyanla Kobaxidze sammit üçün Brüsselə gedir | 1news.az | Xəbərlər
Dünya

Paşinyanla Kobaxidze sammit üçün Brüsselə gedir

1news Redaksiyası09:57 - Bu gün
Paşinyanla Kobaxidze sammit üçün Brüsselə gedir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 3-də Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) genişlənməsi ilə bağlı sammitdə iştirak edəcək.

1news.az trend-ə istinadən xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.

Məlumata görə, Kobaxidze sammitin çıxışçılar siyahısına daxil edilib. Tədbir Brüsseldəki "Autoworld” sərgi kompleksində keçiriləcək və müzakirələr Euronews auditoriyası üçün canlı yayımlanacaq.

Sammitdə Aİ-nin genişlənmə perspektivləri, üzvlüyə namizəd ölkələrdə islahatlar, Avropanın təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və investisiya imkanları müzakirə olunacaq.

Tədbirdə Avropa Şurasının Prezidenti Antonio Koşta, Ermənistanın Baş naziri Nikol Paşinyan, Albaniyanın Baş naziri Edi Rama, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç və Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova da iştirak edəcəklər.

Xatırladaq ki, Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər son illərdə gərginləşib. Tərəflər arasında fikir ayrılıqları Gürcüstanın Avropaya inteqrasiya prosesi və ölkədə həyata keçirilən siyasi qərarlarla bağlı müzakirələr fonunda davam edir.
 

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər