İlin 9 ayında ölkəyə gələn gələn əcnəbilərin sayı azalıb - RƏQƏMLƏR | 1news.az | Xəbərlər
İqtisadiyyat

İlin 9 ayında ölkəyə gələn gələn əcnəbilərin sayı azalıb - RƏQƏMLƏR

Qafar Ağayev10:08 - Bu gün
İlin 9 ayında ölkəyə gələn gələn əcnəbilərin sayı azalıb - RƏQƏMLƏR

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz azalaraq 1 milyon 831,8 min nəfər olub.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, hesabat dövründə Azərbaycana dünyanın 191 ölkəsindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər gəlib. Onların 27,1 faizini Rusiya, 19,4 faizini Türkiyə, 7,7 faizini İran, 4,9 faizini Gürcüstan, 4,5 faizini Qazaxıstan, 3,7 faizini İsrail, 3,5 faizini Pakistan, 3,1 faizini Özbəkistan, 2,8 faizini Çin, 2,6 faizini Hindistan, 2,4 faizini Səudiyyə Ərəbistanı, 1,6 faizini Ukrayna, 1,3 faizini Türkmənistan, 1,1 faizini Almaniya, eyni nisbətdə Böyük Britaniya, 1 faizini Belarus və 12,2 faizini digər ölkələrin vətəndaşları, eləcə də vətəndaşlığı olmayan şəxslər təşkil edib.

Azərbaycana gələnlərin 66,8 faizi kişilər, 33,2 faizi isə qadınlar olub.

2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə cari ilin eyni dövründə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb.

Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər ölkələrdən gələnlərin sayı isə 5,5 faiz azalaraq 820,3 min nəfər təşkil edib.

Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 73,5 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər