Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

1news Redaksiyası12:11 - Bu gün
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb.
 
1news.az xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun həmin şirkətdə mühafizəçi işlədiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər