Lənkəranda 4 otaqlı ev yanıb
Lənkəran rayonunda yerləşən evlərdən birində güclü yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Lənkəran rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 100 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Babək Cahandarov
442