“Tarix İnstitutunun müraciəti bütövlükdə AMEA-nın mövqeyini əks etdirmir” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Tarix İnstitutunun müraciəti bütövlükdə AMEA-nın mövqeyini əks etdirmir”

15:08 - 13 / 10 / 2017
“Tarix İnstitutunun müraciəti bütövlükdə AMEA-nın mövqeyini əks etdirmir”

Bu günlərdə  bir sıra KİV-lərdə Tarix İnstitutunun Elmi Şurasının 10-cu sinif “Ümumi tarix” dərsliyi ilə bağlı müraciəti yer alıb. Müraciətdə şərh olunan məsələlər  bir çox KİV-lərin xəbər başlıqlarında  AMEA-nın mövqeyi kimi göstərilir. Bu da yanlış rəylərə gətirib çıxarır və medianın əsas prinsiplərinə ziddir.

1news.az xəbər verir ki, bu barədə AMEA-nın və Təhsil Nazirliyinin birgə açıqlamasında deyilir.

“Müraciətdə şərh olunan məsələlər  bir çox KİV-lərin xəbər başlıqlarında  AMEA-nın mövqeyi kimi göstərilir. Bu da yanlış rəylərə gətirib çıxarır və medianın əsas prinsiplərinə ziddir. AMEA-nın mətbuat xidməti olaraq bildiririk ki, akademiyanın struktur bölməsi olan Tarix İnstitutunun bu müraciəti bütövlükdə AMEA-nın mövqeyini əks etdirmir.

AMEA və Təhsil Nazirliyi kütləvi informasiya vasitələrindən qeyd olunan məsələdə dürüst və obyektiv olmağı, xəbər başlıqlarına diqqətlə yanaşmağı xahiş edir”, deyə açıqlamada vurğulanıb.

1news.az

Paylaş:
577

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər