Bakıda bir-birinə bitişik iki fərdi ev yanıb
Bakıda yanğın hadisəsi qeydə alınıb.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda bir-birinə bitişik tikilmiş iki fərdi yaşayış evinin dam örtüyünün və ikinci mərtəbələrinin yanar konstruksiyaları yanıb.
Evlərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
1news.az
406