Zaqatalada yük maşını 66 yaşlı qadını vurub öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada yük maşını 66 yaşlı qadını vurub öldürdü

1news Redaksiyası15:54 - Bu gün
Zaqatalada yük maşını 66 yaşlı qadını vurub öldürdü

Zaqatalada yük maşını vurduğu 66 yaşlı qadın ölüb.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhər ərazisindən keçən hissəsində baş verib.

Gürcüstana məxsus iritonnajlı yük maşını Qax rayonu istiqamətində hərəkətdə olarkən yolun hərəkət zolağında olan piyada - Zaqatalanın Faldarlı kənd sakini 1960-cı il təvəllüdlü Firəngiz Səlim qızı Məmmədovanı vurub.

Yük avtomobili qadının aşağı ətraflarının üstündən keçib. F. Məmmədova ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunda əməliyyat blokuna alınıb. Həkimlərin səyinə baxmayaraq, o, əməliyyatdan bir qədər sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər