Maral Tahirqızı: İndi daha güclü oxuyacam – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Maral Tahirqızı: İndi daha güclü oxuyacam – FOTO

15:21 - 14 / 10 / 2017
Maral Tahirqızı: İndi daha güclü oxuyacam – FOTO

Müğənni Maral Tahirqızı həbsdən çıxıb.

2015-ci ildə Cinayət Məcəlləsinin 244-ci (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə həbs edilən və barəsində məhkəmə tərəfindən 3 il müddətinə həbs-qətimkan tədbiri seçilən müğənni azadlığa buraxılıb.

O, cəza müddətinin dörddə üç hissəsini çəkdiyinə görə qanunun verdiyi imkandan yararlanaraq vaxtından əvvəl azadlığa çıxıb. M. Tahirqızı azadlığa çıxandan sonra sosial şəbəkədə status paylaşıb və hər kəsi salamlayıb:

“Əziz dostlarımı ürəkdən salamlayıram. Məni unutmayanlara, sevdiklərimə salamlarımı göndərirəm”.

O, bundan sonra da sənətinə davam edəcəyini bildirib:

“İndi daha güclü oxuyacam. Səsimin üstünə səs gəlib”.

S.Xankişiyeva

 

Paylaş:
4157

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər