Bolqarıstan mediası Rumen Radevin Azərbaycana səfərini geniş işıqlandırıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bolqarıstan mediası Rumen Radevin Azərbaycana səfərini geniş işıqlandırıb – FOTO

15:45 - 15 / 10 / 2017
Bolqarıstan mediası Rumen Radevin Azərbaycana səfərini geniş işıqlandırıb – FOTO

Bolqarıstanın qabaqcıl KİV-ləri, qəzet və televiziyaları ölkə Prezidenti Rumen Radevin Azərbaycana səfərini geniş işıqlandırıblar.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, məqalələrdə xalqlarımız və ölkələrimiz arasında sıx münasibətlərin olduğu, siyasi dialoqun səviyyəsinin əməkdaşlığın inkişafı üçün yaxşı şərait yaratdığı qeyd edilir.

Bildirilir ki, iki ölkə arasında daşımalar, nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox böyük potensial var. Həmçinin TANAP və TAP layihələrinə də xüsusi yer ayrılıb. Məqalə müəllifləri Bakı ilə Sofiya arasında birbaşa uçuşların həyata keçirilməsinin ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcəyini bildiriblər.

S.Xankişiyeva

 

Paylaş:
496

Son xəbərlər

Bütün xəbərlər