“Müstəqilliyimiz əbədidir” şüarı altında veloyürüş keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Müstəqilliyimiz əbədidir” şüarı altında veloyürüş keçirilib – FOTO

18:01 - 15 / 10 / 2017
“Müstəqilliyimiz əbədidir” şüarı altında veloyürüş keçirilib – FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi  ilə 18 oktyabr – Müstəqillik Gününə həsr olunan “Müstəqilliyimiz əbədidir” şüarı altında veloyürüş keçirilib.

1news.az-a Fonddan verilən xəbərə görə, yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətini rəisi general-leytenant Mədət Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, DTX-nın velosiped klubunun və AzVİF-in velosipedçiləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.

Azneft meydanından start götürən veloyürüş Neftçilər prospekti, Yusif Səfərov küçəsi ilə davam edib və Heydər Əliyev Mərkəzində başa çatıb.

Heydər Əliyev Mərkəzinin parkında, həmçinin müxtəlif əyləncə proqramı və Azərbaycanın ilk milli velosiped brendi olan "İsma Bikes" məhsullarının sərgisi təşkil olunub.

S.Xankişiyeva

Paylaş:
788

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər