Nazir: Azərbaycan Pakistan üçün ən yaxın və qardaş ölkədir | 1news.az | Xəbərlər
Siyasət

Nazir: Azərbaycan Pakistan üçün ən yaxın və qardaş ölkədir

09:37 - 17 / 10 / 2017
Nazir: Azərbaycan Pakistan üçün ən yaxın və qardaş ölkədir

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin dini işlər və dinlərarası harmoniya üzrə federal naziri Sərdar Məhəmməd Yunis ilə görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, diplomat ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib, hər iki ölkənin bütün məsələlərdə daim bir-birini dəstəklədiklərini vurğulayıb.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən hümanitar və sosial yönümlü layihələr, xeyriyyə tədbirləri, ölkəmizdə tikilən və bərpa olunan məscid, dini abidələr haqqında məlumat verən səfir, islam dinin mərhəmət, sülh, dostluq və əminamanlıq dini olduğunu, bunun dünya ictimaiyyətinə düzgün çatdırılması istiqamətində Azərbaycan tərəfindən də müxtəlif layihələrin mütəmadi əsasda həyata keçirildiyini bildirib.

Səfir Azərbaycan Prezidentinin sərəncamı ilə cari ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu, cari ildə İslam Həmrəyliyi Oyunlarının Bakıda, həmçinin, müxtəlif tədbir və konfransların ölkəmizdə, eləcə də bir sıra xarici ölkələrdə Azərbaycanın təşkilatçılığı ilə keçirildiyini və bu tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.

Pakistanın dini işlər və dinlərarası harmoniya üzrə federal naziri Sərdar Məhəmməd Yunis Azərbaycanın Pakistan üçün ən yaxın və qardaş ölkə olduğunu bildirib, hər iki ölkənin bir-birinə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Dinlərarası əlaqələrin önəmini qeyd edən nazir, islam dinin məqsəd və məramlarının aşılanması istiqamətində işlərin aparılmasının zəruri olduğunu, Azərbaycanın həyata keçirdiyi layihələrin yüksək qiymətləndirildiyini, dini işlər və əlaqələr sahəsində Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığa hər zaman hazır olduqlarını diqqətə çatdlrıb.

 P.Sultanova    

        

Paylaş:
431

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər