Avtolüks Jeep sahiblərini Bakı – Quba marşrutu üzrə macəraya dəvət edib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avtolüks Jeep sahiblərini Bakı – Quba marşrutu üzrə macəraya dəvət edib - FOTO

09:45 - 18 / 10 / 2017
Avtolüks Jeep sahiblərini Bakı – Quba marşrutu üzrə macəraya dəvət edib - FOTO

Avtolüks Azərbaycan Jeep sahiblərini 14-15 oktyabr tarixlərində Bakı – Quba marşrutu üzrə 2 günlük macəraya dəvət edib. Avtomarafona qoşulan Jeep fanatları Böyük Qafqaz sıra dağları boyunca sinfinin lideri olan yolsuzluq avtomobilləri ilə səyahət edib.

Jeeperlər yolsuzluq şəraitində vətənimizin gözəl guşələrini ziyarət edib, möhtəşəm mənzərələrlə nəzər salıb, dağ zirvələrinə qalxmaqla təbiət qoynunda aktiv həftə sonu istirahətindən zövq alıblar.

Qala Xudatda qurulmuş düşərgədə iştirakçılara istirahət imkanı, dadlı təamlar və əyləncə proqramı təklif olunub. İstirahətdən sonra iştirakçılar peşəkar bələdçilərin və alpinistlərin dəstəyi ilə dağ zirvəsinə qalxmaq imkanı əldə ediblər. Offroad komandasının göstərdiyi şou zamanı yolsuzluq yarış avtomobilinin məharətindən ilhamlanan iştirakçılar da özlərini sınamağa həvəsləniblər. Offroad üzrə peşəkar komandanın dəstəyi ilə Jeeperlər öz avtomobillərinin nəyə qadir olduğunu kəşf edib bir çox yeniliklər, bundan öncə istifadə etmədikləri funksiyalarla tanış olublar.

Emosiyalarla yüklənmiş tur iştirakçıları yaşanan macəradan sonra Rixos otelinə yollanıblar. Oteldə asudə vaxt və ənənəvi çay süfrəsi arxasında maraqlı səyahəti müzakirədən sonra, gecənin sonunda istirakçılara sertifikat və Avtolüks Azərbaycan tərəfindən hədiyyələr təqdim olunub.

Macəra artıq arxada qaldı, lakin yaşanan emosiyalar və xoş təsurat Jeeperlərin xatirələrində daim qalacaq. Avtolüks Azərbaycanın öz daimi müştərilərinə təqdim etdiyi bu imkandan gələn dəfə yararlanmağı hər bir Jeeperə məsləhət görürük.

Reklam hüququnda

Paylaş:
1119

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər