Cəlil Xəlilov: Rusiyanın Ermənistana kredit ayırması bölgədə sabitliyin bərpasına ciddi maneədir | 1news.az | Xəbərlər
Siyasət

Cəlil Xəlilov: Rusiyanın Ermənistana kredit ayırması bölgədə sabitliyin bərpasına ciddi maneədir

11:57 - 18 / 10 / 2017
Cəlil Xəlilov: Rusiyanın Ermənistana kredit ayırması bölgədə sabitliyin bərpasına ciddi maneədir

Rusiya ilə Ermənistan arasında 2015-ci il noyabrın 26-da əldə olunmuş razılaşmaya əsasən, bu ölkəyə müasir silahlar almaq üçün daha 100 milyon dollar güzəştli kredit ayırması təcavüzkarın silahlandırılması istiqamətində yeni addım olmaqla, bölgədə sülhün və əmin-amanlığın bərpasına ciddi maneədir. Bu addım, həmçinin Avropada Adi Silahlar haqqında Müqavilənin pozulması kimi qiymətləndirilə bilər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, hazırda iqtisadiyyatı Rusiyanın inhisarında olan Ermənistan nəinki indiyədək aldığı kreditləri, bu krediti də geri qaytarmaq iqtidarında deyil. Bütün bunlara baxmayaraq, Ermənistanın hər vasitə ilə silahlandırılması təcavüzkarlığın dəstəklənməsi, digər tərəfdənsə, mövcud rejimin ömrünün uzadılmasına rəvac verməkdir. Çünki 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistan silahlı qüvvələrinin məğlubiyyətindən ciddi sarsılan və xalqın qəzəbindən qorxan erməni iqtidarı hakimiyyəti itirmək təhlükəsi ilə üzləşib.

Müxtəlif vaxtlarda təcavüzkar Ermənistana ən müasir silah və texniki vasitələr vermiş (həmin yardımların məbləği milyard dollarla ölçülür) Rusiyanın bu addımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş bir dövlətin mövqeyi ilə uyğun gəlmir. Bu münasibət Rusiya ilə Azərbaycan arasında ikitərəfli və MDB çərçivəsində əməkdaşlıqla da ziddiyyət təşkil edir. Bu baxımdan hələ 22 il əvvəl imzalanmış uzunmüddətli müqavilə əsasında Ermənistanda öz hərbi mövcudluğunu hərbi baza statusu səviyyəsinə qaldıran Rusiyanın hazırda həmin bazaların müasir silahlarla təchizatını NATO ilə cənub sərhədlərinin məhz Ermənistandan keçməsi ilə izah etməsi cəhdləri də inandırıcı görünmür.

“Ümumiyyətlə, Ermənistanın kredit adı altında silahlandırılması müdafiədən daha çox onun təcavüzkarlığına rəvac verilməsi məqsədi güdür. Bu addımların ardıcıl xarakter daşıması Azərbaycanın təhlükəsizliyinə əsaslı problem yaradır. Çünki həmin silahlardan sabah Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qarabağda istifadə olunmayacağına kimsə zəmanət verə bilməz. Qərbin sanksiyalarına məruz qalmış Rusiya üçün silah satışı iqtisadi problemlərin həlli üçün çıxış yollarından biri sayılsa da, Ermənistana verilmiş silahların faktiki hədiyyə edildiyi şübhəsizdir. Çünki Ermənistanın iqtisadi potensialı bu kreditlərin ödənilməsinə heç vəchlə imkan vermir. Digər tərəfdən, bu birtərəfli münasibət regionun böyük dövləti olan Rusiyanın nüfuzuna da xeyir gətirmir”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb.

1news.az

Paylaş:
569

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər