“Dəniz Mall”da “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dəniz Mall”da “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi açılıb

21:29 - Bu gün
“Dəniz Mall”da “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi açılıb

Qarabağ Dirçəliş Fondu tərəfindən təşkil olunan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi “Paşa Holding”in dəstəyi ilə noyabrın 7-dən etibarən “Dəniz Mall” ticarət mərkəzində nümayiş olunur.

Ümumilikdə 20 fotodan ibarət olan və ticarət mərkəzinin ikinci mərtəbəsində təşkil olunan sərgi noyabrın 17-nə qədər davam edəcək.

Qeyd edək ki, britaniyalı yazıçı Qrem Vilsonun eyniadlı kitabında yer alan təsirli fotolar əsasında müxtəlif məkanlarda təşkil olunan sərginin məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri ilə bağlı həm ölkə ictimaiyyətini, həm də ölkəmizə gələn xarici qonaqları məlumatlandırmaq, günü-gündən dirçələn və inkişaf edən Qarabağın yeni simasını fotoşəkillər vasitəsilə əyani şəkildə nümayiş etdirməkdir.

İşğaldan azad edilmiş ərazilərdə çəkilmiş fotoşəkillərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərinin miqyası, tarixi-mədəni irsin bərpası və sosial infrastrukturun inkişafı öz əksini tapıb. Eyni zamanda sərgidə Qarabağın zəngin təbiəti, nadir flora-faunası da xüsusi yer tutur.

Nəzərinizə çatdıraq ki, analoji sərgi Heydər Əliyev Beynəlxalq Aeroportunda da nümayiş olunur və yaxın zamanlarda sərginin digər məkanlarda da nümayiş etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, britaniyalı yazıçı Qrem Vilsonun müəllifi olduğu “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının tezliklə təqdimatı keçiriləcək.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər