İlham Əliyev Ukrayna baş nazirinin birinci müavinini qəbul edib – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Ukrayna baş nazirinin birinci müavinini qəbul edib – YENİLƏNİB

10:38 - 19 / 10 / 2017
İlham Əliyev Ukrayna baş nazirinin birinci müavinini qəbul edib – YENİLƏNİB

Prezidenti İlham Əliyev oktyabrın 19-da Ukrayna baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Stepan Kubiv Ukrayna prezidenti Petro Poroşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı.

Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Ukrayna prezidenti Petro Poroşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna prezidentinə çatdırmağı xahiş etdi.

Babək Cahandarov

Paylaş:
696

Son xəbərlər

Karapetyan səs verib

Bu gün, 12:39

Gədəbəyə dolu düşüb

06 / 06 / 2026, 16:24
Bütün xəbərlər