ABŞ və Azərbaycan regionlarda birgə layihələr həyata keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ və Azərbaycan regionlarda birgə layihələr həyata keçirib

09:18 - 20 / 10 / 2017
ABŞ və Azərbaycan regionlarda birgə layihələr həyata keçirib

ABŞ və Azərbaycanın birgə səyləri nəticəsində Zərdab və Ağcabədi rayonlarının 4 kəndinin sakinləri su təminatı və mal-qaraya qulluq sahəsində bir neçə layihənin başa çatmasını qeyd ediblər.

1news.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, açılış tədbirlərində səfirlik, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər. Layihələr USAID vasitəsilə ABŞ və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

 EWMI-in texniki dəstəyi ilə, Zərdab rayonunun Dəli Quşçu və Gödəkqobu, habelə Ağcabədi rayonunun Arazbar sakinləri yem emalı məntəqələri inşa ediblər ki, bununla da daha tez və daha münasib qiymətə mal-qara yemi əldə edəcəklər. Bu məntəqələrin sayəsində məhsuldarlığın artacağı və həmin üç kəndin 4.700 sakini bundan faydalanaraq yem emalı ilə bağlı xərclərinin 50% qədər azalacağı gözlənilir.

 Ağcabədi rayonunun Şahsevən-Təzəkənd kəndində sakinlər 1 km yaxın yeni borular çəkib və 12 və 50 ton həcmində iki yeni çən quraşdırıblar.  Bu layihə nəticəsində kəndin 800-dən çox sakininin həyat və sanitar şəraiti yaxşılaşacaq ki, bununla da uzun müddətdir mövcud olan texniki su qıtlığı aradan qalxacaq. Eyni zamanda, qadın və uşaqların gündəlik istifadə üçün suyu uzaqda yerləşən quyulardan gətirmək öhdəliyi də aradan qalxacaq.

 EWMI təşkilatı vasitəsilə ABŞ və Azərbaycan 93 icmada 156,000-dən artıq insanın faydalana biləcəyi 105 icma layihəsi həyata keçirib. USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı vasitəsilə EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

 P.Sultanova

 

Paylaş:
644

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər