Arye Qut : Azərbaycanın multikultural dəyərləri bütün dünya üçün nümunədir | 1news.az | Xəbərlər
Siyasət

Arye Qut : Azərbaycanın multikultural dəyərləri bütün dünya üçün nümunədir

20:42 - 21 / 10 / 2017
Arye Qut : Azərbaycanın multikultural dəyərləri bütün dünya üçün nümunədir

Qərb Universitetində beynəlxalq münaqişələr üzrə tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun universitetin müəllim və tələbələri ilə görüşü keçirilib.

1news.az-ınUniversitetə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan-İsrail münasibətləri tarixi və müasir aspektdə nəzərdən keçirilib. Qonaq iki ölkənin xalqları arasında tarixi əlaqələrdən danışıb, yəhudilərin əsrlər boyu ölkəmizdə rahat yaşadıqlarını xatırladıb, Azərbaycanın multikultural dəyərlərinin bütün dünya üçün nümunə olduğunu deyib.

Bu gün Azərbaycan və İsrail dövlətləri arasında əlaqələrin möhkəmləndiyini və strateji əhəmiyyət daşıdığını vurğulayan A.Qut ölkəmizin Cənubi Qafqazdakı mühüm mövqeyi barədə danışıb, onun regionda sülh və təhlükəsizliyin, iqtisadi inkişafın əsas təminatçısı kimi çıxış etdiyini söyləyib.

Qonaq müəllim və tələbələrin suallarını cavablandırıb. Müxtəlif istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1997-ci ildə Qərb Universitetinin məzunu olan Arye Qut bu ali məktəbdə yenicə yaradılmış Tətbiqi Politologiya Mərkəzinin nəzdindəki multikulturalizm laboratoriyasına rəhbərlik edəcək.

Babək Cahandarov

Paylaş:
1072

Son xəbərlər

Bütün xəbərlər