Ermənistanın təxribatı nəticəsində şəhid olan əsgər dəfn edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanın təxribatı nəticəsində şəhid olan əsgər dəfn edilib

13:29 - 23 / 10 / 2017
Ermənistanın təxribatı nəticəsində şəhid olan əsgər dəfn edilib

Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbi qulluqçusu Zeynalov Cabbar Firuddin oğlu bu gün anadan olduğu Saatlı rayonunda dəfn edilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, 18 yaşlı şəhid əsgər rayonun Əhmədbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində əsgərin xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Babək Cahandarov

Paylaş:
762

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər