Yaponiyada Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslər keçirilir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Yaponiyada Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslər keçirilir - FOTO

14:36 - 23 / 10 / 2017
Yaponiyada Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslər keçirilir - FOTO

Yaponiyanın sayılıb-seçilən və ən güclü 5 universitetindən biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə start verilib.

1news.az-ın məlumatına görə, dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırmalar Mərkəzinin cari ilin may ayında əldə edilmiş razılaşması əsasında baş tutub.

Fənni Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili alan yaponşünas alim, Yaponiya hökumətinin dövlət təqaüdçüsü Əlibəy Məmmədov tədris edir.

Qeyd edək ki, tədrisə hazırlıqlar avqust ayından start verilib və universitetin düşərgəsində eyni zamanda elektron ünvanında dərslərlə bağlı elanlar paylaşılıb.

Dərslər yapon dilində keçirilir.

Babək Cahandarov

Paylaş:
804

Son xəbərlər

Bütün xəbərlər