Aydın Mirzəzadənin Zəhra Quliyevaya həsr etdiyi kitabı çap olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Aydın Mirzəzadənin Zəhra Quliyevaya həsr etdiyi kitabı çap olunub

17:33 - 23 / 10 / 2017
Aydın Mirzəzadənin Zəhra Quliyevaya həsr etdiyi kitabı çap olunub

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri,  millət vəkili Aydın Mirzəzadənin tərtibçiliyimlə " Ermənistanın Azərbaycan hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi" adlı kitab çapdan çıxıb.

1news.az xəbər verir ki, kitabın məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmələri doktoru, professor Əli Həsənovdur.

Kitab 4 iyul 2017-ci ildə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alıxanlı kəndinə məqsədli hücumu nəticəində qətlə yetirilmiş yaşyarımlıq Zəhra Quliyevanı və onun nənəsi Sahibə Allahverdiyevaya həsr edilib.

Kitabda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi nəticəsində yaramış ağır vəziyyəti xarakterizə edən faciəvi bir insindentə dünya və Azərbaycan ictimaiyyətinin münasibəti göstərilib. Nəşrdə ancaq rəsmi materiallar əsasında hadisəyə həm Azərbaycan, həm Ermənistan rəsmi hakimiyyət orqanlarının münasibəti, beynəlxalq təşkilatların və xarici ölkə rəsmilərinin reaksiyası verilib. Xaricdəki azərbaycan diaspor təşkilatlarının geniş etiraz aksiyaları barədə də materiallar öz əksini tapıb.

Erməni xalqı nümayəndələrinin fərqli münasibətləri də kitabın tərkib hissədir. Kitabda rəsmi materiallara istinad edilərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiçəsinin tarixi, Ermənistan silahlıq qüvvələrinin münaqişə dövründə uşaqlara qarşı törətdikləri vəhşiliklər barədə də materillar vardır.

500 tirajla "Azərbaycan" nəşriyyatında çap olunan kitab on bir fəsildən ibarətdir. 288 səhifəlikn 296 rəngli şəkil verilib.

Müəllifin sözlərinə görə, kitabı buraxmaqda əsas məqsədlərdən biri də bu ağır tarix anı ilə gələcək nəsilləri faktoloji formada tanış etməkdir.

Kitab yaxın günlərdə Fizuli rayonunun Alıxanlı kəndində Zəhra Quliyevanın valideynlərinə və kənd nümayəndələrinə təqdim ediləcəkdir.

Nəşrdə 1news.az daxil olmaqla bir sıra yerli və xarici mətbuat orqanlarının materiallarından istifadə edilib.

P.Sultanova

 

Paylaş:
763

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər