Qrant müsabiqəsi üzrə qalib layihələrin icrasına başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qrant müsabiqəsi üzrə qalib layihələrin icrasına başlanılıb

19:00 - 23 / 10 / 2017
Qrant müsabiqəsi üzrə qalib layihələrin icrasına başlanılıb

Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi çərçivəsində dəstəklənən 32 layihənin icrasına başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə, ümumilikdə, ümumi təhsil müəssisələri kateqoriyası üzrə 15, fərdi kateqoriya üzrə 17 layihə həyata keçirilir.

BŞTİ-dən 1news.az-a verilən məlumata görə, bu layihələr 3-12 ay müddətində icra ediləcək.

Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin keçirilməsinin əsas məqsədi təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti, innovativ fəaliyyəti stimullaşdırmaqdır.

Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinə respublika üzrə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər qatılıblar. On mövzu üzrə keçirilən müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə 213 layihə təklifi daxil olub.

Müsabiqənin Təşkilat Komitəsi Ekspert Qrupu tərəfindən ümumi təhsil müəssisələri kateqoriyası üzrə 37, fərdi kateqoriya üzrə 83 layihənin dəstəklənməsi məqsədəuyğun sayılıb. Həmin layihələrin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

1news.az

Paylaş:
940

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər