Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

22:35 - 23 / 10 / 2017
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 90-110, Lənkəran-Astara bölgəsi çaylarında  40-60 , Naxçıvan MR çaylarında isə 150  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, oktyabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 142 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 198 m3/s olmaqla ongünlük normanın 120 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 59 m3/s olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 138 m3/s təşkil edərək ongünlük normanın 150  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 11, Şirvanda və  Bankədə 4, Salyanda 14, Araz çayının Novruzlu məntəqəsində 6 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 344 m (2016-cı il oktyabrın 23-də 564 sm), Şirvanda 231 sm, Salyanda 181 sm (2016-cı il oktyabrın 23-də 400 sm), Bankədə 183 sm (2016-cı il oktyabrın 23-də 285 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 sm (2016-cı il oktyabrın 23-də 275 sm) təşkil edir.

1news.az

Paylaş:
325

Son xəbərlər

Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57Təkrar sertifikasiyadan keçən müəllimlərin sayı açıqlandıBu gün, 14:47DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülübBu gün, 14:40Bakının 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO - VİDEOBu gün, 14:18Prezident V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - FOTOBu gün, 14:15Azərbaycan və Özbəkistan ikitərəfli əməkdaşlığın genişləndirilməsini dəyərləndiribBu gün, 13:58
Bütün xəbərlər