İlin rekordu və ilin ixtisası: BANM-da 24 nəfər Prezident təqaüdçüsü təhsil alır | 1news.az | Xəbərlər
Cəmiyyət

İlin rekordu və ilin ixtisası: BANM-da 24 nəfər Prezident təqaüdçüsü təhsil alır

11:30 - 23 / 10 / 2017
İlin rekordu və ilin ixtisası: BANM-da 24 nəfər Prezident təqaüdçüsü təhsil alır

Bakı Ali Neft Məktəbində (BANM) indiki və gələcək dövrün ən tələbatlı ixtisası – Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi tədris edilir.

1news.az xəbər verir ki, məhz bu ixtisas orada təhsil alan tələbələrin bilik və intellektual səviyyəsinə görə ölkədə bütün rekordları qırıb. Belə ki, bu il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarından respublika üzrə 700 bal toplamış 15 tələbənin 7-si BANM-i, onların da 5 nəfəri ixtisas olaraq  məhz Proseslərin Avtomatlaşdırılması Mühəndisliyini seçib.

Prezident təqaüdçülərinin sayına görə respublikada II yeri tutan BANM-də 24 nəfər Prezident Təqaüdçüsü təhsil alır ki, onlardan 21-i məhz Proseslərin Avtomatlaşdırılması Mühəndisliyinin tələbələridir.

Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasına bu il 12-si qız, 28-i oğlan olmaqla 40 nəfər tələbə qəbul edilib. İxtisas üzrə minimal keçid balı 685 , maksimal bal 700, orta bal isə 691 bal olub.

Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələri üzərindən keçirdiyi nəzarət tədbirlərinə görə Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisası ilin ən nüfuzlu ixtisası kimi qiymətləndirilib.

İlin ixtisası olan Proseslərin Avtomatlaşdırılması Mühəndisliyinin 2013-2017-ci illər üzrə orta bal dinamikasını təqdim edirik.

                                     İllər                              orta bal

                                    2013                               669

                                    2014                               684  

                                    2015                               685

                                    2016                               681

                                    2017                               691

1news.az

Paylaş:
697

Son xəbərlər

Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57Təkrar sertifikasiyadan keçən müəllimlərin sayı açıqlandıBu gün, 14:47DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülübBu gün, 14:40Bakının 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO - VİDEOBu gün, 14:18Prezident V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - FOTOBu gün, 14:15
Bütün xəbərlər