Rafiq Hüseynov müalicə üçün Almaniyaya aparılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Rafiq Hüseynov müalicə üçün Almaniyaya aparılıb

12:18 - 23 / 10 / 2017
Rafiq Hüseynov müalicə üçün Almaniyaya aparılıb

Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov müalicə üçün Almaniyaya aparılıb.

1news.az  APA-ya istinadla xəbər verir ki,  bu barədə  Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova məlumat verib.

O bildirib ki, həkimlər müayinədən sonra R. Hüseynovun səhhəti barədə açıqlama verəcəklər: “Dünən Düsseldorf şəhərindəki klinikalardan birinə gəlmişik. Hazırda həkimlər konsilium aparırlar. Mənə heç bir məlumat verilməyib, özüm də gözləyirəm ki, həkimlərin qərarı nə olacaq. Yolda problemimiz olmadı, hazırda da vəziyyəti stabildir. Nə yaxşılığa, nə pisliyə doğru dəyişiklik yoxdur”.

Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov xərçəngdən əziyyət çəkir. O, Türkiyədə bir neçə dəfə əməliyyat olunub.  

1news.az  

 

 

Paylaş:
696

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər