“SAM-ın Şərhləri” jurnalının növbəti sayı işıq üzü görüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“SAM-ın Şərhləri” jurnalının növbəti sayı işıq üzü görüb

10:31 - 24 / 10 / 2017
“SAM-ın Şərhləri” jurnalının növbəti sayı işıq üzü görüb

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xüsusi nəşri olan SAM-ın şərhlərinin “Azərbaycanda əmək bazarının inkişafı” mövzusundakı növbəti sayı nəşr edilib.

1news.az-ın məlumatına görə, SAM-ın İqtisadiyyatın təhlili şöbəsinin aparıcı elmi işçisi Şahmar Hacıyevin müəllifi olduğu yeni nəşrdə məşğulluq, işsizlik, qeyri-rəsmi sektor, gender məsələləri, əmək miqrasiyası və pul köçürmələri kimi əmək bazarına dair müxtəlif göstəricilər təhlil edilir.

Azərbaycanın müstəqillik qazanması ilə meydana gələn sosial-iqtisadi transformasiyanın əmək bazarına təsirinin xüsusilə tədqiq edildiyi bu araşdırmanın əsas məqsədi ölkənin məşğulluq və əmək bazarına dair siyasətini qiymətləndirməkdir.

Müəllif tərəfindən aparılan araşdırmada aşağı iqtisadi fəaliyyət, işsizlik və yüksək işsizlik dövrlərində işçi qüvvəsinin əmək bazarındakı iştirakının dəyişkənliyi oxucuların diqqətinə çatdırılır.

Bundan başqa, nəşrdə qeyd edilir ki, keçid prosesindən sonrakı müxtəlif dövrlərdə əhalinin məşğulluq, işsizlik və durğunluqdan irəli gələn qeyri-stabil vəziyyəti nəticəsində onların sosial statusunda da dəyişikliklər müşahidə edilib. Bu baxımdan, SAM-ın şərhlərinin növbəti sayında əsasən əmək bazarındakı inkişaf meyilləri, nailiyyətlər və gələcəkdə meydana gələ biləcək çətinliklər təhlil edilir.

Bununla yanaşı, ölkənin əmək bazarında işçi qüvvəsinin iştirakı, aşağı işsizlik səviyyəsi, gender bərabərliyi kimi müsbət nəticələr, eləcə də ölkədəki işçi qüvvəsinin təhsil səviyyəsi, real əmək haqqı artımı ilə müqayisədə aşağı əmək məhsuldarlığındakı artım, qeyri-peşəkar işçi qüvvəsi və gənclərin işsizlik səviyyəsi kimi mövzular da nəşrdə əksini tapıb.

1news.az

Paylaş:
935

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər