Oktyabrın 25-nə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Oktyabrın 25-nə olan hava proqnozu açıqlanıb

15:06 - 24 / 10 / 2017
Oktyabrın 25-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabr ayının 25-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 18-22, Bakıda gecə 11-13, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 25-dən 26-sı gündüzədək Abşeron yarımadasında arabir güclənən cənub küləyinin üstünlüyü əksər meteohəssas insanlarda narahatlıq yarada bilər.

Babək Cahandarov

Paylaş:
813

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər