“Pxençxan-2018” Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb | 1news.az | Xəbərlər
İdman

“Pxençxan-2018” Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb

16:21 - 24 / 10 / 2017
“Pxençxan-2018” Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb

“Pxençxan-2018” Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb.

1news.az xəbər verir ki, mərasim Olimpiya Oyunlarının vətəni olan Yunanıstandakı Olimpiya şəhərində keçirilib. Ənənəyə uyğun olaraq, məşəl buradakı qədim Hera məbədində alovlandırılıb. Məşəli tanınmış yunan aktrisası Katerina Lehou və xoreoqraf Artemis İqnatiou alovlandırıblar. Məşəlin ilk daşıyıcısı isə 24 yaşlı yunanıstanlı xizəkçi Apostolos Angelis olub.

“Pxençxan-2018”in məşəli bir həftə boyunca Yunanıstan ərazisində 2129 kilometr məsafədə səyahət etdikdən sonra oktyabrın 30-da Afinadakı Akropola çatacaq və bundan sonra Koreya Respublikasına yola salınacaq. Ümumiyyətlə, səyahəti zamanı 505 nəfər məşəli daşıyacaq və 36 qarşılama mərasimi keçiriləcək. “Pxençxan-2018”in Təşkilat Komitəsi Oyunların məşəlini oktyabrın 31-də Afinadakı “Panafenaik” stadionunda keçiriləcək mərasimlə təhvil alacaq.

Bundan sonra Koreya Respublikasına gətiriləcək məşəlin səyahəti noyabrın 1-dən etibarən 100 gün ərzində 22 vilayəti əhatə edərək fevralın 9-da açılış mərasimində başa çatacaq.

Xatırladaq ki, bəyaz məşəlin uzunluğu 700 millimetrdir. Bu da Pxençxanın dəniz səviyyəsindən 700 metr hündürlükdə olmasını xarakterizə edir. Məşəlin dizaynı koreyalı rəssam Kim Yon Seyə məxsusdur.

Qeyd edək ki, “Pxençxan-2018” Qış Olimpiya Oyunları gələn il fevralın 9-25-də keçiriləcək.

1news.az

Paylaş:
862

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər