Patti Ostinin Bakı konsertinin repertuarı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Patti Ostinin Bakı konsertinin repertuarı açıqlandı

17:44 - 25 / 10 / 2017
Patti Ostinin Bakı konsertinin repertuarı açıqlandı

Tanınmış amerikalı caz ifaçısı, «Qremmi» mükafatı laureatı Patti Ostin noyabrın 15-də Heydər Əliyev Mərkəzində keçiriləcək konsertində tamaşaçılara maraqlı proqram təqdim edəcək.

1news.az-a Mərkəzdən verilən məlumata görə,  Patti Ostin «cazın birinci ledisi» Ella Fitzercaldın xatirəsinə ithaf etdiyi «For Ella» albomundan kompoziyaları ifa edəcək.

Caz həvəskarları konsertdə «Too Close For Comfort»,  «Honeysuckle Rose»,  «You’ll Have To Swing It», «Our Love Is Here To Stay», «A Tisket A Tasket»,  «Miss Otis Regrets»,  «The Man I Love»,  «Hearing Ella Sing» və digər hitləri dinləyə biləcəklər.

Konsertdə P. Ostini caz triosu müşayiət edəcək.

Qeyd edək ki, 2017-ci il dünyada Ella Fitzceraldın 100 illiyi qeyd edilir və Patti Ostinin Bakı konserti də bu yubileyə həsr olunur.

1news.az

Paylaş:
630

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər