“Məktəblinin dostu”nun bir iş günü – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Məktəblinin dostu”nun bir iş günü – VİDEO

18:14 - 25 / 10 / 2017
“Məktəblinin dostu”nun bir iş günü – VİDEO

Təhsil Nazirliyi və  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan “Məktəblinin dostu” uğurla davam etdirilir.

1news.az-ın məlumatına görə, artıq Bakının 31 məktəbində “Məktəblinin dostu”nu görmək mümkündür.

Nəzərinizə çatdıraq ki, yeni tədris ilindən icrasına başlanılan layihənin məqsədi  təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakıdır.

“Məktəblinin dostu”nun əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik  işlərin aparılmasıdır.

Bununla yanaşı, “Məktəblinin dostu” hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin olunması, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edir.

Beləliklə, məktəblinin dostlarının bir iş gününə həsr olunmuş xüsusi reportajı təqdim edirik:

Babək Cahandarov

Paylaş:
1540

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər