Biləsuvarda avtomobil aşıb: Ölənlər və yaralananlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda avtomobil aşıb: Ölənlər və yaralananlar var

1news Redaksiyası14:18 - Bu gün
Biləsuvarda avtomobil aşıb: Ölənlər və yaralananlar var

Biləsuvar rayonunda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

1news.az "Report"a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, idarəetmədən çıxan minik avtomobilinin aşması nəticəsində iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər