“YARAT” səhnəsində yeni tamaşa | 1news.az | Xəbərlər
Cəmiyyət

“YARAT” səhnəsində yeni tamaşa

21:55 - 25 / 10 / 2017
“YARAT” səhnəsində yeni tamaşa

Noyabrın 2-də “YARAT” Müasir İncənə Mərkəzində rejissor Vika Privalovanın səhnələşdirdiyi “Birgə yaşama” adlı tamaşa təqdim ediləcək.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, rus dilində nümayiş ediləcək səhnə əsərinin əsas mövzusu balaca Vovanın məhəbbəti üzərində qurulub.

Tamaşada “Eskizi v prostranstve” teatrının aktyorları – Nikita Maltsev, Alisa Kosaryova, Dmitri Mışkin, İrina Mixeyşina, Mixail Petruxin və Marqarita Qoloşumova iştirak edəcək.

Səhnə əsərinin mövzusu belədir: Vovanın 5 yaşı olanda o, bağçada qırmızı ayaqqabılı qıza aşiq olur. Ya qızın, ya da ayaqqabıların sehrinə düşən Vova günorta bütün uşaqlar yatanda qızın çarpayısına yaxınlaşır və onun ayaqqabılarını öpməyə başlayır. Tərbiyəçiyə bu hərəkət heç də xoş gəlmir, buna görə də o, Vovanı döşəmə əsgisi ilə vurur...

1news.az

Paylaş:
719

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər