Silahlı Qüvvələrin cüdo birinciliyi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Silahlı Qüvvələrin cüdo birinciliyi keçirilib – FOTO

17:13 - 26 / 10 / 2017
Silahlı Qüvvələrin cüdo birinciliyi keçirilib – FOTO

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində cüdo üzrə Silahlı Qüvvələr birinciliyi keçirilib.

1news.az-ın məlumatına görə, çempionatı Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynovun rəhbərliyi ilə hakimlər heyəti idarə edib.

Birlik, birləşmə, hərbi hissələri təmsil edən 100-dək idmançı 7 çəki dərəcəsində mübarizədə iştirak edib.   

Yarışın açılış mərasimi ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Müdafiə Nazirliyi Fiziki Hazırlıq və İdman bölməsinin rəisi polkovnik Sadiq Paşayev açılışda çıxış edərək, orduda şəxsi heyətin fiziki hazırlığının daim diqqət mərkəzində olduğunu qeyd edib.

Çıxış edənlər bildiriblər ki, hərbi qulluqçuların fiziki cəhətdən möhkəm, güclü olmaları onların döyüş ruhunu daha da artırır. Ordu idmançıları cüdoya da böyük maraq göstərirlər və hər il davamlı yarışlar keçirilir, eləcə də idmançılarımız beynəlxalq yarışlarda uğurla iştirak edirlər.
Beynəlxalq dərəcəli hakim Fariz Hüseynov cüdo idman növü və yarışın şərtləri  haqqında iştirakçılara geniş məlumat verib.

Silahlı Qüvvələrin cüdo birinciliyində iştirak edən 13 komanda arasında “Şəmkir” komandası birinci, “Beyləqan” komandası ikinci və “Bakı” komandası üçüncü yerə layiq görülüb.

Çüdoçulardan Natiq Qurbanlı (60 kq), Tural Muradov (66 kq), Çingiz Əhmədov (73 kq), Vasif Talıbov (81 kq), Ruslan Əliyev (90 kq), İslam Abbasov (100 kq) və Tamerlan Əlisultanov (+100 kq) Silahlı Qüvvələr birinciyini qələbə ilə başa vurublar.

Sonda qalib idmançı və komandalar medal, fəxri fərman və diplomlarla mükafatlandırılıb. Birinci yeri tutmuş komandaya keçici kubok təqdim edilib, Cüdo Federasiyasının bir qrup hakimi Müdafiə Nazirliyinin rəhbərliyi adından mükafatlandırılıb.

Babək Cahandarov

Paylaş:
981

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər