Zakir Qaralov Tacikistan səfiri ilə görüşüb
Oktyabrın 26-da Azərbaycanın Baş prokuroru Zakir Qaralov Tacikistanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüşüb.
1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hüquqi əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.
Baş prokuror bildirib ki, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Emoməli Rəhmonun ciddi səyləri nəticəsində Azərbaycan-Tacikistan əlaqələri günü gündən inkişaf edir və əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur.
Səmimi qəbula görə təşəkkürünü ifadə edən səfir R.Soliyev iki dövlət arasında əlaqələrin regionda sülhə və tərəqqiyə xidmət etdiyini və əlaqələrin inkişaf etdirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.
Daha sonra hər iki dövlətin prokurorluq orqanları arasında əməkdaşlıq, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
1news.az